İranda sel 78 can aldı: 7 milyard dollardan çox ziyan vurdu


İranın 31 vilayətinin 25-ni cənginə almış leysanın səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 78 nəfərə yüksəlib.


Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, sel 25 vilayətdə ümumilikdə 235 şəhər və 4304 kəndə zərər vurub.

Daşqınlar təqribən 10 milyon nəfərə birbaşa və ya dolayı yolla təsir göstərib. 400 min nəfər evlərini tərk etmək məcburiyyətində qalıb, 40 min ev zərər görüb, 41 min evin isə təmirə ehtiyacı var. Bundan başqa, 8 kəndin əhalisi təxliyyə edilib.

Qeyd edək ki, martın 17-də başlayan güclü yağışlar 7 milyard 619 milyon dollar məbləğində maddi ziyan vurub.

DİGƏR XƏBƏRLƏR

Top