Kılıçdaroğluna yumruq vuran AKP-li çıxdı


Aprelin 21-də şəhid cənazə mərasiminə qatılan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna yumruq zərbəsi endirən Osman Sarıgül Ədalət və İnkişaf Partiyasının (AKP) üzvüdür.

Yeniavaz.com "Sözcü" qəzetinə istinadla xəbər verir ki, bunu AKP-nin sözçüsü Ömər Çəlik deyib.

Onun sözlərinə görə, hücum edən şəxsin AKP sıralarından xaric edilməsi üçün partiyanın intizam komissiyasına müraciət edilib.

Ö.Çəlik qeyd edib ki, AKP şiddətin hər bir növünə qarşıdır: "Prinspilərimiz şiddəti qətiyyətlə rədd edir. Demokratik siyasətdə şiddətə yer yoxdur".

Qeyd edək ki, ötən gün K. Kılıçdaroğluna hücum edən O. Sarıgün ilə yanaşı, daha 5 nəfər bu gün səhər saatlarında saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top