
Türkiyənin tanınmış aktyoru Ahmet Kural 3 müxtəlif cinayət işi üzrə 16 ay 20 gün həbs cəzasına məhkum edilib.
Yeniavaz.com "Habertürk" saytına istinadla xəbər verir ki, o, keçmiş sevgilisi olan müğənni Sılaya şiddət və zorakılıq tətbiq etmək ittihamı üzrə məhkəmə verilmişdi.
Tərəflər arasında münaqişə 2018-ci il oktyabrın 28-də baş vermişdi. Məhkəmə A. Kurla təhdiddən 7 ay 15 gün, yaralamadan 5 ay, təhqir etməkdən isə 4 ay 5 gün həbs cəzasına məhkum edib. Məhkəmə cəzayı təxirə salıb.
Məhkəmə iclasından çıxan Sıla türk ədalətinə təşəkkür edib: "Xoşbəxtəm, qərar bütün qadınlar üçün güvən verir. Çox çətin dövrüydü mənim üçün. Çünki bunun iddia olduğu deyilirdi".
A. Kural isə qətiyyən şiddətə əl atmadığını deyib: "İki sevgili arasında yaşanan hadisə bura qədər gəlib çıxdı. Yuxarı istansiyalı məhkəmə var. Həbs cəzası yoxdur. Sila xanım həm fiziki, həm də psixolji şiddəti sevir. Avropa İnsan Haqları Məhkəməsinədək müraciət edəcəyik".
Tətbiqimizi yükləyə bilərsiniz