Ankarada Kamal Kılıçdaroğluna hücum edilib - FOTO - VİDEO


Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Hakkaridə şəhid olan hərbçinin dəfn mərasimində baş verib. Bir qrup K. Kılıçdaroğluna hücum çəkərək ona zərbələr endiriblər. K. Kılıçdaroğlu mühafizəçilər və polisin müşayiəti ilə bir evə girə bilib. Qəzəbli qrup evi daşa tutaraq K. Kılıçdaroğluna bir daha hücum etmək istəyib. K. Kılıçdaroğlu hələ də evdən çıxa bilmir.

 

DİGƏR XƏBƏRLƏR

Top