Xameneini təhqir edən alimə 13 il həbs

İranın Məşhəd Şəhər Məhkəməsi alim Kamal Cəfəri Yezdiyə 13 il həbs cəzası verilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə İranın HRANA agentliyi məlumat yayıb.

Məlumata görə, Yezdi İran rejiminin dəyişdirilməsi məqsədi ilə təşkilat qurduğuna görə 10 il, hökumət əleyhinə təbligat apardığına görə 1 il və ayətullah Əli Xameneini təhqir etdiyinə görə 2 il həbs cəzası alıb.

Yezdi uzun illər Məşhəd şəhərində universitetlərdə "Strateji idarəetmə" ixtisası üzrə dərs deyib. 2018-ci ilin avqustunda həbs olunan alim və 3 ay sonra zaminə buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top