
Bu gün Parisdə İqtisadiyyat Nazirliyinin yaxınlığında "sarı jiletlilər"in daha bir aksiyası başlayıb.
Yeniavaz.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, etiraz iştirakçıları ardıcıl 23-cü həftədir küçəyə çıxırlar. Bu şənbə Fransa paytaxtında bir neçə manifestasiya planlaşdırılıb. Bu arada polis etirazların başlamasından qabaq təxminən 70 nəfəri saxlayıb.