Türkiyə yasda: 4 şəhid, 6 yaralı


Türkiyə-İraq sərhədində davam edən terror əməliyyatında 4 hərbçi şəhid olub, 6 hərbçi yaralanıb.
Yeniavaz.com "Hürriyet" qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, aprelin 19-da terrorçularla toqquşmalarda yaralanan daha iki əsgəri bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb: "Toqquşmada ümumilikdə 4 qəhrəman silah yoldaşımız şəhid olub, 6 qəhrəman silah yoldaşımız isə yaralanıb".

Məlumata əsasən, terrorçular hava əməliyyatı və bölgədəki atəş dəstək vasitələri ilə atəş altına alınıb: "Bölgədə əməliyyatlar davam edir".

DİGƏR XƏBƏRLƏR

Top