Bakıda maşın piyadanı vurub öldürdü

Bakıda avtomobilin vurduğu piyada dünyasını dəyişib.

Hadisə paytaxtın Ziya Bünyadov 2096 ünvanında baş verib. 

Belə ki, Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Kərimov Asif Məmməd oğlu idarə etdiyi “Toyoto Corolla” markalı 99 GR 374 nömrə nişanlı avtomobillə, piyada 1956-cı il təvəllüdlü şəhər sakini Binnətəliyeva Sona Musa qızını vurub.

Piyada təcili Respublika Xəstəxanasına yerləşdirilib. Lakin o, aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top