
Moskva məhkəməsi "Spartak"ın azərbaycanlı futbolçusu Ayaz Quliyevi sürücülük hüququndan məhrum edib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, o, qırmızı işıqda keçdiyinə görə 4 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Xatırladaq ki, A. Quliyev aprelin 10-da piyada ilə münaqişə yaşayıb. Piyada yazdığı ərizədə sürücüyü qarşı iradının olmadığını qeyd edib. A. Quliyev inzibati xətalar məcəlləsini pozduğuna görə ona qarşı iş (işıqforun qadağan edilmiş işığında keçidə görə) açılıb.
Tətbiqimizi yükləyə bilərsiniz