Türkiyənin iki şəhərindən Bakıya birbaşa uçuşlar həyata keçiriləcək


Aprelin 22-dən etibarən Ankaradan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Cahid Turhan deyib.

Onun sözlərinə görə, Ankara-Bakı reysini "Türk Hava Yolları" aviaşirkəti həyata keçirəcək. Nazir qeyd edib ki, yay aylarında isə İzmirdən Bakıya birbaşa uçuşlara başlanılacaq: "Pegasus" aviaşirkəti İzmir-Bakı reysini həyata keçirəcək".

C. Turhan bildirib ki, ötən il Türkiyə və Azəbaycan arasında 7 919 təyyarə ilə 972 533 sərnişin daşınıb: "Hava yolu ilə daşınan yükün miqdarı isə 17 527 ton təşkil edib".

DİGƏR XƏBƏRLƏR

Top