
Bu ilin ilk 3 ayı ərzində Gürcüstandan Azərbaycana ümumi dəyəri 33 milyon 620,8 min dollar olan 3589 ədəd avtomobil gətirilib.
Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, ixrac olunan avtomobilin 1 ədədinin orta gömrük dəyəri 9 min 368 dollar olub.
Məlumat üçün bildirək ki, Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin gömrük dəyəri əvvəlki ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə aşağı düşüb. Belə ki, ötən ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana gətirlən avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 18 min 328 dollar təşkil edib. Qeyd edək ki, 2018-ci ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 25 milyon 293,5 min dollar olan 1380 avtomobil ixrac olunub.
Avtomobildən başqa bu ilin ilk 3 ayı ərzində ümumi dəyəri 10 milyon 700 min dollar olan 542 ton siqaret, ümumi dəyəri 8 milyon 145,1 min dollar olan 221,1 ton dərman idxal olunub.
Hesabat dövrü ərzində Azərbaycandan Gürcüstana 123 milyon 403,5 min dollar dəyərində təbii qaz, 22 milyon 221,8 min dollar dəyərində elektrik enerjisi, 21 milyon 340,3 min dollar dəyərində neft məhsulları ixrac edilib.
Tətbiqimizi yükləyə bilərsiniz