Azərbaycan XİN-dən Mxitaryanla bağlı AÇIQLAMA


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) UEFA-nın "Arsenal" futbol klubunun emənistanlı futbolçusu Henrix Mxitaryanın Azərbaycan vizası almasına dəstək verməyə hazır olması məsələsinə münasibət bildirib.
 
Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Yeniavaz.com-un sorğusuna cavab olaraq bildirib ki, idman siyasətdən kənardır. XİN-dən deyiblər: "Sorğunuza cavab olaraq bildirmək istərdik ki, idman siyasətdən kənardır".
 
Xatırladaq ki, "Arsenal" Bakıda keçiriləcək Avropa Liqasının finalına vəsiqə qazanacağı halda UEFA Azərbaycan vizasının alınmasında erməni futbolçuya dəstək göstərməyə hazır olduğunu bəyan edib:  "UEFA üçün oyunçulara vizaların alınması məqsədilə assosiasiyalara, klublara və ya səfirliklərə dəstək məktubu göndərmək və onlara UEFA matçlarında iştirak imkanını vermək standart prosedurdur".

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top