Azərbaycanda ziyalı sözünün təsir gücü niyə yoxdur? - Deputatdan AÇIQLAMA


Azərbaycanda kifayət qədər ziyalı var, ancaq ölkədə ziyalı həmrəyliyi, yəni ziyalı gildiyası yoxdur. Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda ziyalı problemi olmasına dair fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ziyalıların cəmiyyətə total təsir imkanları mövcud deyil: "Fərdi qaydada ayrı-ayrı ziyalıların sözlərinə dəyər verilir. Ancaq bütövlükdə ziyalıların müəyyən dərəcədə rolu, cəmiyyət həyatına təsiri böyük deyil. Yoxsa ziyalı hər cəmiyyətdə olduğu kimi Azərbaycanda da var və ölkədə ziyalıların olmaması problemi yoxdur".

Millət vəkili hesab edir ki, ziyalıların cəmiyyətə təsirinin böyük olmamasının səbəbi müəyyən mənada xarakterlə, reputasiya ilə bağlıdır: "Ola bilər ki, ziyalılar hansısa güvən qazanmırlar. Ona görə də sözlərinin təsir gücü yoxdur. Yaxud intellekt söhbəti ola bilər. Çünki bu istiqamətdə də müəyyən təsir gücü olmasın".

Məftun Salmanov

DİGƏR XƏBƏRLƏR

Top