
Samux Rayon Təhsil Şöbəsi rayonun İnstitut qəsəbə tam orta məktəbinin şagirdlərinə aid olduğu bildirilən videogörüntü ilə bağlı araşdırma aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Şöbəsindən bildirilib.
Qeyd olunub ki, araşdırmanın nəticəsi haqqında ictimiayyətə məlumat veriləcək.
Xatırladaq ki, mətbuatda İnstitut qəsəbə məktəbinin şagidrlərinin qeyri-etik hərəkətləri yer alan görüntülər yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz