
Ali Seçki Komissiyası (ASK) məsələyə nöqtə qoyandan sonra bizim üçün məsələ bitəcək.
Yeniavaz.com NTV telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul seçkiləri ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, seçki dövründə yaşanan mübahisələr artıq başa çatıb və hər kəs gündəlik həyatına qayıdıb: "Seçki qanunumuz çərçivəsidə haqqı axtarışı üçün aparılan mübarizə demokratik haqdır. Hər bir partiya keçmişdən bu günədək belə mübarizə aparıb. Bizim partiya bunu edəndə niyə narahat olursunuz? ASK nöqtəyi qoyandan sonra bizim üçün bu məsələ bitəcək. Ondan sonra yola davam edəcəyik".
Tətbiqimizi yükləyə bilərsiniz