Benzin kanistrləri ilə kilsəyə girib yandırmaq istədi


Nyu-York polisi Müqəddəs Patrik katolik kilsəsinə benzin kanistrləri ilə soxulmağa çalışan ABŞ sakinini həbs edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 37 yaşlı kişi ötən gecə iki kanistr benzinlə kilsəyə daxil olmağa cəhd edib.

Mühafizəçilər onun döşəməyə benzin tökməsinin qarşısını alıblar. Əvvəlcə onu küçəyə çıxarıblar, sonra isə polis çağırıblar. Dindirilməsinin ardından kişi həbs edilib. Nyu-York polis departamentinin nümayəndəsi Con Miller qeyd edib ki, axtarış zamanı onun üzərindən yandırıcı qarışıq və bir neçə alışqan aşkarlanıb. C. Millerin sözlərinə görə, şübhəlinin motivləri hələ məlum deyil: "Terror aktı barədə danışmaq hələ tezdir.  
 

DİGƏR XƏBƏRLƏR

Top