Tanınmış jurnalistə Nazirlər Kabinetində yüksək vəzifə verildi


Tanınmış jurnalist Ayaz Mirzəyev Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edilib.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı müvafiq əmri baş nazir Novruz Məmmədov imzalayıb.

Qeyd edək ki, A.Mirzəyev Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədridir.

Cari ilin mart ayında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli təqaüdə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top