
İstanbul Rayon Seçki Komissiyasına çağırılaraq vəsiqəsi verilən Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin binasında fəaliyyətdə olan sədr Mövlud Uysaldan vəzifəni təhvil alıb.
18:37***

Əkrəm İmamoğluna İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəsiqəsi təqdim edilib.
Yeniavaz.com Türkiyə mediasına istinadən xəbər verir ki, Seçki Komissiyası Ə. İmamoğlunu bələdiyyə sədri vəsiqəsini alması üçün bu gün İstanbul Seçki Dairəsinə dəvət etmişdi.
Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə Ə. İmamoğlu 4 milyon 169 min 765, Binəli Yıldırım isə 4 milyon 156 min 36 səs toplayıb.
CHP-nin namizədi mandatını 13 729 səs fərqi ilə alıb.
Tətbiqimizi yükləyə bilərsiniz