Azərbaycanda işsizlərin sayı kəskin artdı - RƏSMİ


Bu ilin mart ayı ərzində məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərin sayı kəskin artıb.
Yeniavaz.com-un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən apardığı hesablama göstərir ki, işsiz kimi qeydiyyata alınan şəxslərin sayı son bir ay ərzində 14 min 683 nəfər və ya 60% artaraq  39 min 421 nəfərə çatıb. Məşğulluq xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərin 33,9%-ini  qadınlar  təşkil  edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği son bir ayda 20,3 manat artaraq 239,5 manat olub.

DİGƏR XƏBƏRLƏR

Top