
Liviyada hərbi əməliyyatlar zamanı azı 174 nəfər həlak olub, 756 nəfər isə yaralanıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Hazırda Liviyada iki hökumət fəaliyyət göstərir: beynəlxalq ictimaiyyətin tanıdığı Baş nazir Faiz Saracın Milli Həmrəylik Hökuməti və Abdulla Əbdürrəhman ət-Taninin müvəqqəti nazirlər kabineti. Sonuncunu Liviya Milli Ordusu dəstəkləyir. Aprelin 4-də onun komandanı feldmarşal Xəlifə Həftər Tripoliyə hücuma başlayıb. Hazırda Tripoli ətrafında döyüşlər gedir.
Tətbiqimizi yükləyə bilərsiniz