Lavrov Qarabağ nizamlanmasından danışdı: Detallar məxfidir


Moskva hesab edir ki, Bakı və İrəvan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son razılaşmalar kağız üzərində qalmayacaq.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov serviyalı həmkarı İvitsa Daçiçlə danışıqların yekunu üzrə deyib.

O bildirib: "Aprelin 15-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün yekunu üzrə hazırda işin getdiyi ab-havanı hiss edərək güman etməyə əsasım var ki, Bakı və İrəvan bu dəfə həmin razılaşmaların kağız üzərində qalmamasında maraqlıdırlar. Biz buna kömək edəcəyik".

S. Lavrov münaqişənin nizamlanması üzrə təkliflər haqqında suala cavab verərkən qeyd edib ki, onlar ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyinetmə və gücün tətbiq edilməməsi prinsipləri əsasında tərəflərin özü arasında razılaşmaların axtarışını nəzərdə tutur: "Detallar əlbəttə ki, məxfidir".

DİGƏR XƏBƏRLƏR

Top