Qarabağda yaşayan yeganə azərbaycanlıdan - Tofiq Əliyevdən XƏBƏR VAR


1988-ci il hadisələrindən sonra Azərbaycandan köçüb Dağlıq Qarabağa gedən bir qrup erməni seperatçı rejimin onlara olan münasibətinə etiraz olaraq sosial şəbəkələrdə yeni kampaniyaya başlayıblar.
Yeniavaz.com xəbər verir ki, "Facebook" sosial  şəbəkəsində "Унесенные судьбой" adlı səhifə açıblar və bu səhifə vasitəsilə yardım toplamağa çalışırlar.

Bakıdan Qarabağa köçən Nona Tovmasyan adlı erməni aktivist bildirir ki, biz "Qarabağ hökumətinə" olan bütün ümidlərimizi itirmişik: "Qarbağa gələnlərin böyük sosial problemləri var. Onlar olduqca acınacaqlı vəziyyətdə yaşayırlar".
Tovmasyan bildirib ki, Əsgəran rayonunda 500-dən çox qaçqın ailəsi yaşayır, onlardan 20 faizi hələ də mənzillə təmin olunmayıb. Tovmasyan Əsgəran rayonunda yaşayan Tofiq Əliyev adlı azərbaycanlının da acınacaqlı vəziyyətdə yaşadığını bildirib: "Hazırda Tofiq Əliyevin 79 yaşı var. Əvvəllər sürücü işləyib. 1966-cı ildə bir erməni Vale Sarkisyanla evlənib. 1988-ci ildə Bərdə rayonundan Əsgəran rayonuna köçüb. Yaxın zamanda Əliyevin həyat yoldaşını avtomobil vuraraq öldürdü. Onların uşaqları yox idi.  Əliyevin yaşadığı köhnə mənzilin təmirə ehtiyacı var. Mənzilində tualetə və hamama ehiyac var. Əliyev cəmi 56 min dram (təxminən 115 dollardır) pensiya alır. Bu pula isə o, heç kommunal xidmətlərin və dərmanlarının haqqını ödəyə bilmir".

DİGƏR XƏBƏRLƏR

Top