Körpəsini boğub öldürən ana ilə bağlı cinayət işi açılıb - RƏSMİ


Daxili İşlər Nazirliyi (DİN) körpəsini boğub öldürən ana ilə bağlı məlumat yayıb.

Yeniavaz.com DİN-ə istinadən xəbər verir ki, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam RPŞ-yə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top