ABŞ və Türkiyə S-400 məsələsində razılığa gələ bilmədi


Vaşinqton və Ankara bu həftə baş tutmuş məsləhətləşmələr zamanı Türkiyənin Rusiyadan S-400 zenit-raket sistemləri alması ilə bağlə fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər.  Yeniavaz.com-un məlumatına görə, bu barədə  "The Wall Street Journal" qəzetində dərc edilən məqalədə deyilir.

Məqalədə qeyd edilir ki, rəsmi şəxslərin sözlərinə görə, ABŞ və Türkiyə Ankaranın bu yay S-400 komplekslərini yerləşdirməklə bağlı dalandan çıxa bilməyiblər: "Pentaqonun bəyanatına görə həmin sistemlər ABŞ-ın regiondakı qırıcılarına təhlükə törədə bilər. Bu mövzunu bu həftə Vaşinqtonda ABŞ və Türkiyə nümayəndələri müzakirə ediblər. ABŞ Prezidenti Donald Tramp və Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak arasında baş tutmuş görüşdə də bu məsələ diqqət mərkəzində olub". Nəşr bildirir ki, Türkiyə çox güman S-400 sistemlərini yaxın iki və ya üç ay ərzində yerləşdirəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top