Avtomobilin vurduğu atlının vəziyyəti ağırdır


Yavlax rayonunda avtomobil atlını vurub.
Yeniavaz.com xəbər verir ki, hadisə Xaldan-Yevlax avtomobil yolunun Xaldan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, rayonun Əcəmi kənd sakini, 1967-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu atının üstündə magistral yolda hərəkətdə olarkən avtomobilin zərbəsinə tuş gəlib. Ağır xəsarətlər alan A.Nağıyev xəstəxanaya yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Azad Nağıyev reanimasiya şöbəsində  koma vəziyyətindədir.

Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top