Ekspertlər 10-15 il, Makron isə 5 il deyir - "Notr-Dam" üçün 700 milyon avro toplanılıb


Paris Notr-Dam kilsəsində baş verən yanğının ertəsi günü prezident Emmanuel Makron televiziyada çıxış edərək 5 il müddətində əvvəlkindən də daha gözəl kilsənin bərpa edilməsi arzusunu ifadə edib. O, hər kəsin bacardığı qədər yardım göstərdiyini, hər kəsin öz yeri, öz rolu olduğunu deyib. “Fransızlar, Fransa və Parisi sevən bütün xaricilər bildirmək istəyirəm ki, sizin kədərinizi, eləcə də ümidlərinizi bölüşürəm. Birlikdə çalışacaq və istəyimizə nail olacağıq”, - deyə E.Makron çıxışını bitirib.

Notr-Dam kilsəsinin yenidən bərpa edilməsi üçün ianə verənlərin sayı artıb və bu məqsədlə bir gün ərzində 700 milyon avro ianə toplanılıb.

Tarixi abidələr sahəsində ixtisaslaşmış binalar federasiyası kilsənin bərpasının 10 ildən 15 ilə qədər müddətdə mümkün olacağını və buna yüz milyonlarla avro maliyyə tələb olunacağını bildirib.

Bu arada prezident E.Makronun milli debatın nəticələri ilə bağlı çıxışından bəzi məqamlar mətbuata sızıb. Vergilərin azaldılması, Milli Administrativ Məktəbin ləğv edilməsi, ümumxalq referendumunun təşkilinin asanlaşdırılması, parlament üzvlərinin sayının azaldılması, parlament seçkilərində proporsionallığın bərpa edilməsi ilə bağlı məlumatlar veriləcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top