Evində narkotik vasitələr gizlədən Salyan sakini həbs edilib - FOTO


Salyan sakinindən külli miqdarda narkotik vasitə aşkar edilib.

Daxil olmuş məlumat əsasında Salyan polisinin əməkdaşları tərəfindən rayonun Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Həmzəyev Tahir Barı oğlunun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətdə 8 ədəd çətənə bitkisi aşkar edilib.

Bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq T.Həmzəyevin yaşadığı evin həyətində yerləşən hamama baxış zamanı, oradan 54 ədəd kibrit qutusunda, 84 ədəd siqaret kağızı bükümündə, 5 ədəd balonda və 1 ədəd sellofan paketdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. İlkin istintaq zamanı T.Həmzəyev törətdiyi cinayəti etiraf edib.

Faktla bağı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.


ONA

DİGƏR XƏBƏRLƏR

Top