
Azərbaycanda dövlət sektorunda muzdla işləyən şəxslərin gəlirləri (əmək haqqı) əhalinin ümumi gəlirlərində böyük paya sahibdir.
Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan sonuncu statistik göstəricilərə istinadən bildirir ki, əhalinin ümumi gəlirləri arasında dövlət sektorunda muzdla işləyən şəxslərin gəlirləri 17,6%-ə bərabərdir. Şəhər yerlərində bu göstərici daha yüksək olub - 20,7%.
Əhalinin gəlirlərilə bağlı maraqlı məqamlardan biri oldur ki, sahibkarlıq və kommersiya fəaliyyətindən əldə olunan gəlirlər ümumi gəlirlərin cəmi 6,9%-ni (şəhər yerlərində 7,5%) təşkil edib.
Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayına baxdığımız zaman bu rəqəmin həddindən artıq aşağı olduğu görünür. Statistika Komitəsinin bu ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanda fərdi sahibkarlıq subyektlərinin sayı 842 min, kommersiya qurumlarının sayı isə 113,7 min olub. Məlumat üçün bildirək ki, iqtisadiyyatın dövlət sektorunda muzdla işləyənlərin sayı isə 888,1 min nəfər olub. Buradan belə görünür ki, 955,7 min sahibkarlıq və kommersiya subyektinin (onların arasında iri holdinqlər, şirkətlər və s. yer alır) əldə etdiyi gəirlər dövlət sektorunda muzdla işləyən 888,1 min məmurun əldə etdiyi gəlirlərdən azdır.
Tətbiqimizi yükləyə bilərsiniz