Notr-Dam kilsəsi üçün pul yığılacaq: vəziyyət ağırdır


Paris Məryəm ana kilsəsinin (Paris Notr-Dam kilsəsi) əsas strukturu xilas edilib, lakin vəziyyət olduqca ağır olaraq qalır. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Fransanın mədəniyyət naziri Frank Riester deyib. Onun sözlərinə görə, bu gecə kilsə damının sahəsinin üçdə ikisi yanıb, şpil dağılıb: "Söhbət görünməmiş dramdan gedir və dövlət indiki şəraitdə ümumi həmrəylik üçün lazım olan hər şey edir".

Paris Notr-Dam kilsəsində baş vermiş yanğın zamanı iki polis əməkdaşı və bir yanğınsöndürən yüngül xəsarət alıb. Bu arada  Parisin meri Ann İdalqo təklif edib ki, Paris Notr-Dam kilsəsinin bərpasına vəsaitin toplanması üçün beynəlxalq konfrans çağırılsın.
 

DİGƏR XƏBƏRLƏR

Top