Tramp Albayrakı qəbul etdi: İLK AÇIQLAMA


Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak ABŞ-a səfəri çərçivəsində bu ölkənin Prezidenti Donald Trampla görüşüb. Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, B. Albayrak Beynəlxalq Valyuta Fondu-Dünya Bankı və G20 iclaslarında işturak etmək  üçün ABŞ-da səfərdədir.

B.Albayrak ABŞ Prezidenti ilə baş tutan görüşün müsbət keçdiyini bildirib: “Prezidentimizin bəzi mesajlarını ona çatdırdıq. Olduqca müsbət və konstruktiv görüş oldu. Görüşdə S-400 mövzusu da gündəmə gəldi. Türkiyənin S-400-lə əlaqədar proseslərini olduqca məqbul şəkildə dinlədi. Anlayışlı nəzər nöqtəsi sərgilədyini müşahidə etdim".

DİGƏR XƏBƏRLƏR

Top