Azərbaycanda bir gündə 5 nəfər özünü asıb - Nə baş verir?


Azərbaycanda intihar halları artıq mütəmadi xarakter almağa başlayıb. Hələlik bunun səbəbləri ilə bağlı ortaya ciddi sosial-psixoloji izahlar qoyulmayıb.

Təkcə ötən sutka – aprelin 15-i tarixində ölkədə 6 intihar hadisəsi baş verib. Onlardan yalnız birinin həyatını xilas etmək mümkün olub. 

Ötən gün intihar edənlərin siyahısını təqdim edirik. Siyahı informasiya agentliklərində yayımlanmış xəbərlər əsasında hazırlanıb. 

Bərdə: Rayon sakini, 32 yaşlı Tofiq İsgəndərov özünü yaşadığı evin həyətindəki çardaqdan asıb. 

Zaqatala: 48 yaşlı Məlahət Feyzullah qızı Şabanova Aşağı Tala kəndində özünü yaşadığı evin həyətyanı sahəsindəki qaz borusundan asıb.

Bakı: 52 yaşlı Xəzər rayon sakini Zümrüd Əliyeva özün asıb. 

Bakı: 19 yaşlı Binəqədi rayon sakini Rəhman Rəsulov özünü asıb. 

Saatlı: Mollavaizli kəndində 1971-ci il təvəllüdlü yerli sakin Ələkbərov Pərviz Hərcavan oğlu özünü asıb. Vaxtında bundan xəbər tutan yaxınları ipi boğazından açaraq, onu xilas ediblər. 

Bakı: 16 yaşlı qız 9-cu mərtəbədən özünü atıb.(Yenisabah)

DİGƏR XƏBƏRLƏR

Top