Bakı sakini keçmiş arvadının həyat yoldaşını və qaynatasını bıçaqladı


Nizami rayonunda qısqanclıq zəminində bıçaqlanma hadisəsi qeydə alınıb.

Yeniavaz.com ona-ya istinadən xəbər verir ki, hadisə Bəkir Çobanzadə küçəsində baş verib.

1987-ci il təvəllüdlü Mahir Nemətov keçmiş arvadının yenicə ailə qurduğu 1995-ci il təvəllüdlü Azad Ağayev ilə əlbəyaxa dava edib və onu bıçaqlayıb.

Bundan sonra M.Nemətov keçmiş qaynatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğlunuda bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxsi saxlayıb. Araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top