"Elina kimi özümü məktəbdə öldürəcəm!" deyən müəllimədən AÇIQLAMA


Təhsil Nazirliyi çalışdığı məktəbin direktorundan şikayətlənən Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayevanı qəbul edib.

Yeniavaz.com xəbər verir ki, G. Babayeva baku.ws-ə açıqlamasında, direktor Roza Məmmədovanın və Abşeron rayon Təhsil Şöbəsinin ona yaratdığı problemlərin artıq aradan qaldırıldığını bildirdi:

"Bu səhər Təhsil Nazirliyində məni qəbul edib, şikayətimi dinlədilər. Bütün sənədlərimə baxdılar. Mənə qarşı edilən haqsızlıq aradan qaldırıldı. Şöbə müdiri ilə direktora nə cəza verəcəklər, bilmirəm. Amma mənim problemim həll olundu. Haqq-ədaləti bərpa edən Təhsil Nazirliyinə təşəkkür edirəm!"

Qeyd edək ki, Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayeva məktəbdə haqsızlıqla üzləşdiyini əsas gətirərək "Allaha and olsun, işim həll olunmazsa, direktor cəzasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!" deyib.

DİGƏR XƏBƏRLƏR

Top