Nazarbayev Koçaryana məktub yazdı


Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Ermənistanın sabiq dövlət başçısı Robert Koçaryana məktub göndərib.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bu barədə R. Koçaryanın qeyri-rəsmi saytı məlumat yayıb. N. Nazarbayev məktubunda onu Qazaxıstanda daxili siyasi proseslər və dəyişikliklər barədə şəxsən məlumatlandırıb.  Qazaxıstanın birinci Prezidenti qeyd edib ki, R. Koçaryanla birgə işlədiyi illəri ən xoş duyğularla xatırlayıram. N. Nazarbayev ümid etdiyini bildirib ki, R. Koçaryanla şəxsi təmasları gələcəkdə davamlı olacaq.

DİGƏR XƏBƏRLƏR

Top