Parisdə güclü partayış baş verdi - VİDEO


Parisdə 5 mərtəbəli yaşayış binasında güclü partlayış baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, yanğınsöndürmə-xilasetmə xidməti təcili qaydada binanın yerləşdiyi məhəllədən 70-dən çox adamı təxliyə edib. Partlayış ikinci mərtəbədəki mənzillərin birində baş verib. Üç qonşu mənzil də qismən dağılıb. Hazırda binanın çökmə təhlükəsi var. İlkin məlumata görə, insident qaz partlayışı nəticəsində baş verib. Hadisə nəticəsində azı iki nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top