"Liverpul" doğma meydanında "Çelsi"yə 2:0 hesabı ilə qalib gəldi


İngiltərə Premyer Liqasının 34-cü turunun oyunları baş tutub.

"Liverpul" doğma meydanı "Enfild" stadionunda "Çelsi"ni qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 51-ci dəqiqədə Sadio Mane açıb. Cəmi 2 dəqiqə sonra mersisaydlıların misirli hücumçusu Məhəmməd Salah hesab fərqini 2-yə çatdırıb.

Qeyd edək ki, 34 turdan sonra "Liverpul" turnir cədvəlinə başçılıq edir (85 xal), "Çelsi" isə dördüncüdür (66 xal)

Trend

DİGƏR XƏBƏRLƏR

Top