
Xaçmaz rayonunun Cığatay kəndində ümumi sahəsi 500 m² olan fermanın tavanı 100 m² sahədə yanıb. Yeniavaz.com FHN-ə istinadən xəbər verir ki, fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 5 mindən çox cücə tələf olub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tətbiqimizi yükləyə bilərsiniz