
"WikiLeaks"in qurucusu Culian Assanc Londonun cənub-şərqindəki Belmarş ciddi rejimli həbsxanada saxlanılır. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu C. Assancın dostu deyib. Onun sözlərinə görə, "WikiLeaks"in qurucusunu ora məhkəmə işə baxdıqdan sonra göndəriblər. Daha əvvəl Belmarş həbsxanasını "Britaniya Quantanamo"su adlandırırlar. Orada ən təhlükəli cinayətkarlar saxlanılıb. Onların arasında terrorçuluqda şübhəli bilinənlər də olub. İndi isə Belmarşda həm aşağı risk səviyyəli cinayətkarla, həm də nisbətən təhlükəli canilər saxlanılır. Xatırladaq ki, Ekvador C. Assancı diplomatik sığınacaqdan məhrum etdikdən sonra aprelin 11-də polislər onu Londonda saxlayıblar. C. Assanc Ekvadorun London səfirliyində 2012-ci ilin avqustundan gizlənirdi.
Tətbiqimizi yükləyə bilərsiniz