
Amerikalı hərbçi Yaponiyanın Okinava prefekturasında qadını öldürdükdən sonra intihar edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, insident Tyatan şəhərində baş verib. Hərbçi ABŞ dəniz piyadalarında xidmət edib. Yerli polis hadisənin baş vermə təfərrüatını araşdırır. Yaponiya ərazisinin 0,6 faizi Okinavanın payına düşür. Lakin Amerikanın Yaponiyadakı hərbi obyektlərinin təqribən 70 faizi orada cəmləşib.
Tətbiqimizi yükləyə bilərsiniz