Bu cür verilişlərin, telekanalların yayımını dayandıra bilərik - Aqil Abbasdan XƏBƏRDARLIQ


"Ümumiyyətlə hər hansı bir ölkənin əleyhinə danışan, daxili işlərinə qarışan istənilən xarici televiziyanın həmin ölkədə yayımı dayandırıla bilər".
Bunu Yeniavaz.com-a Milli Məclisin deputatı Aqil Abbas anti-Azərbaycan mövqeyindən çıxış edən bəzi Rusiya telekanallarının və ya verilişlərinin ölkəmizdə yayımının dayandırılması, yaxud məhdudlaşdırılması ehtimalından danışarkən deyib.
Onun sözlərinə görə, bu cür verilişlərin Azərbaycanda yayımına qadağa qoyula, hətta televiziyanın yayımı dayandırıla bilər: "Rusiya telekanallarında efirə gedən bir çox verilişlərdə Azərbaycan əleyhinə kəskin fikirlər səslənir. Mən özüm də həmin proqramları izləyirəm. Bu hallar zamanı mövqelərini tərəfsiz və düzgün çatdırmaları üçün onlara sərt şəkildə xəbərdarlıq da edə bilərik".
Millət vəkili qeyd edib ki, xəbərdarlıqlara məhəl qoymasalar, biz də parlamentdə məsələ qaldıraraq bu tipli proqramların, telekanalların ölkəmizdə yayımını qadağan edə bilərik: "Azərbyacan bunu etməyə qadirdir. Düzgün mövqe tutmadığı üçün FOX TV-nin ölkəmizdə yayımını dayandırılmasını buna misal göstərmək mümkündür. Oxşar mövzular Milli Məclisdə dəfələrlə müzakirə olunub. Növbəti iclaslarda özüm də bu məsələni parlamentdə qaldıra bilərəm".

Kənan Qədirli

DİGƏR XƏBƏRLƏR

Top