Bu ərazilərdə işıq olmayacaq


Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilməsində məhdudiyyət yaranacaq.

"Azərişıq" ASC-dən Yeniavaz.com-a verilən məlumata görə, bu gün saat-12:30-dan 16:00-dək 110 kv-luq 5-ci Xırdalan hava EVX-i  və 110/35/6 kv-luq 137 saylı Yarımstansiyada aparılan yenidənqurma  işləri ilə əlaqədar olaraq  Qaradağ rayonu  Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri,  28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ - sol hissələrindəki həyət evlərinin  elektrik enerjisinin verilişində qısamüddətli fasilələr olacaq.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılarından üzr istəyir

DİGƏR XƏBƏRLƏR

Top