Regionda intiharların ən az və ən çox olduğu ölkələr - SİYAHI


Region ölkələri arasında intiharların ən az olduğu ölkə Azərbaycan hesab olunur. Yeniavaz.com məşhur "worldpopulationreviw" portalının açıqladığı sonuncu məlumatlara istinadən bildirir ki, Azərbaycanda hər 100 min nəfərə düşən intiharların sayı 2,6 olub və bu göstəriciyə əsasən 176 ölkə arasında 165-ci sırada yer alıb. Region ölkələri arasında intihar halları yalnız Tacikistanda Azərbaycandan az olub. Tacikistanda hər 100 min nəfərə düşən intiharların sayı 2,5 olub. Regionda ən yüksək intihar göstəricisi isə Rusiyada qeydə alınıb. Rusiyada hər 100 min nəfərə düşən intihar sayı 31 olub və 176 ölkə arasında 2-ci sırada yer alıb.
Ümumiyyətlə isə dünyada intihar hadisələrinin ən çox qeydə alındığı ölkə Litva hesab olunur. Bu ölkədə hər 100 min nəfərə düşən intiharların sayı 31,9 olub. Ən az intihar isə Antiqua və Barbuda da qeydə alınıb: hər 100 min nəfərə 0,5 intihar.
Region ölkələri üzrə qeydə alınan intihar göstəricilərilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz:

:
176 ölkə arasında
mövqeyi
 
ÖLKƏLƏR
Hər 100 000 nəfərə düşən say
2 Rusiya 31
5 Belarus 26,2
7 Qazaxıstan 22,5
8 Ukrayna 22,4
24 Moldova 15,9
80 Qırğızıstan 8,3
81 Gürcüstan 8,2
92 Özbəkistan 7,4
94 Türkiyə 7,3
103 Türkmənistan 6,7
104 Ermənistan 6,6
142 İran 4,1
165 Azərbaycan 2,6
166 Tacikistan 2,5

DİGƏR XƏBƏRLƏR

Top