30 illik prezident həbs edildi: fövqəladə vəziyyət elan edildi


Sudan Prezidenti Ömər əl-Bəşir həbs edilib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Sudanın müdafiə naziri deyib. O, ölkədə fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət 3 ay davam edəcək.
Hərbçilər ölkədə hakimiyyəti iki il müddətinə nəzarətə götürdüklərini bəyan ediblər. Sudan ordusu, həmçinin hava məkanının 24 saat bağlandığını elan edib: "Prezident hakimiyyətdən uzaqlaşdırılıb, konstitusiyanın fəaliyyəti dayandırılıb, parlament daxil olmaqla mövcud hakimiyyət orqanları buraxılıb".
Qeyd edək ki, Ö. Əl-Bəşir 1989-ci ildən Sudana rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top