23 yaşını şəhidlik zirvəsində qeyd edən Aprel şəhidinin xatirəsi anılıb


2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində gedən döyüşlər zamanı şəhid olan Adilzadə Adil Kamran oğlunun xatirəsi yad edilib.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidməti Mingəçevir bölməsi, ictimayyət nümayəndələri, şəhidin dostları, Mingəçevir Gənclər evinin könüllüləri şəhid ailəsini evində ziyarət edib. Anım məraismində şəhidin ruhuna dualar oxunub, yaxınlarına Allahdan səbr dilənib. Başçı İlham İsmayılov şəhidin atası ilə söhbət edərkən onların problemləri ilə maraqlanıb və həmişə onların yanında olduğunu bildirib. Söhbət zamanı bir sıra məsələlərə də aydınlıq gətirilib.
Xatırladaq ki, Adil Adilzadə tək başına 17 erməni əsgərini məhv edib. O, qolundan güllə yarası almasına baxmayaraq döyüşü davam etdirib. Bu onun son döyüşü olur. Aprelin 11-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 1993-cü il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu, çavuş Adilzadə Adil Kamran oğlu Mingəçevir Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Adil Adilzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə”III  dərəcəli medalı ilə təltif edilib.Allah rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir
 

DİGƏR XƏBƏRLƏR

Top