
Böyük Britaniya polisi "WikiLeaks"in qurucusu Culian Assancı həbs edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, onu Londonun mərkəzindəki şöbədə həbs ediblər. Polisin verdiyi məlumata əsasən, 47 yaşlı C. Assanc aprelin 11-də London polisinin əməkdaşları tərəfindən Ekvador səfirliyində həbs olunub: "O, məhkəməyə gəlmədiyinə görə 29 iyun 2012-ci il tarixli order əsasında saxlanılıb. Ekvador Prezidenti bildirib ki, ölkəsi C. Assanca sığınacaq verməkdən imtina edib. "WikiLeaks"in qurucusu son illər bu dövlətin səfirliyində gizlənirdi. Xatırladaq ki, C.Assanc ABŞ-ın Əfqanıstan və İraqdakı hərbi əməliyyatları və Quantanamodakı düşərgədə saxlanma şəraiti barədə məqalələrdən sonra məşhurluq qazanıb.
Xatırladaq ki, C. Assanc 2012-ci ildə Ekvadorun Londondakı səfirliyində sığınacaq istəyib. Bununla o, İsveçə ekstradisiya olunmaqdan qaçınmağa çalışıb. İsveçdə C. Assancın həbsinə order verilib, onu zorlamada, eləcə də seksual xarakterli hərəkətlərə məcbur etməkdə ittiham ediblər.
C.Assanc, həmçinin ehtiyat edirdi ki, İsveç onu ABŞ-a deportasiya etmək qərarına gələcək. ABŞ-da onu Dövlət Departamentinin məxfi sənədlərini yaymağa görə 35 il həbs cəzası və ya ölüm cəzası gözləyir. “WikiLeaks”in qurucusu isə ittihamları siyasi motivli olduğunu hesab edir.
Tətbiqimizi yükləyə bilərsiniz