
Rusiyada o dərəcə qudurublar ki, əlləri burmağa başlayırlar.
Yeniavaz.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Belarus üzərindən keçən neft kəmərlərinin qəza vəziyyəti ilə bağlı şəraiti xatırladıb: "Təqribən 1,5 il bundan əvvəl təmir apardıq, lakin Rusiyanın itki verməməsi üçün tədarükü dayandırmadıq. Lakin Moskva Minskin xoş münasibətinə cavab vermir və öz bazarını Belarus məhsulları üçün bağlayırlar".
A. Lukaşenko qeyd edib ki, bu addımlar sanksiyaya oxşayır: "Rusiya üçün etdiyimiz yaxşılıq bizə qarşı həmişə yamana çevrilir".
Tətbiqimizi yükləyə bilərsiniz