Devrilən Sudan Prezidentinin gizləndiyi yer məlum oldu​ - YENİLƏNİB


Sudan Prezidenti Ömər əl-Bəşiri Silahlı Qüvvələri Baş Qərargahının binasındadır.

Yeniavaz.com "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bunu Hartumda yerləşən prezident sarayındakı yüksəkvəzifəli mənbə deyib. O, Prezidentin ev həbsinə salındığına dair məlumatı təkzib edib: "Sarayın əməkdaşları adi rejimdə işləməyə davam edirlər və hərbçilərin açıqlamasını gözləyirlər". Xatırladaq ki, hərbçilər Əl-Bəşiri bütün vəzifələrdən məhrum edib və hökuməti istefaya göndərib.

***10:06

Sudan ordusu keçirdiyi təcili iclasda ölkə Prezidenti Ömər Əl-Bəşiri bütün vəzifələrindən məhrum etmək və hökuməti istefaya göndərmək qərarına gəlib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hərbçilər hərbi şuranın yaradılmasını elan edəcəklər. Şura keçid dövründə ölkəyə rəhbərlik edəcək. Bu müddət bir il davam edə bilər. Zabitlərdən ibarət qrup dövlət teleradio şirkətinin binasına artıq daxil olublar. Bildirilir ki, Prezident qvardiyasının rəhbəri, eləcə də keçmiş müdafiə naziri Əbdürrəhim Məhəmməd Hüseynin saxlanılıb.
Xatırladaq ki, Amerika sanksiyalarının tətbiq edilməsindən və 2011-ci ildə Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından Sudanda xalq etirazları davam edir

DİGƏR XƏBƏRLƏR

Top