“Gündəliyində “5” göstər, hədiyyə qazan” - Mağaza sahibindən maraqlı addım


Dərsdən əla qiymət alan uşaqlar evlərinə yox, birbaşa bu mağazaya üz tuturlar. Çünki 5 qiyməti alan şagirdlər onu satıcıya göstərməklə hədiyyə qazanırlar.

Mağazanın sahibi Qəşəm Niftəliyev bildirir ki, bu addımı atmaqda məqsədi şagirdlərin daha bilikli yetişməsinə dəstək olmaqdır.

Mağaza sahibi qeyd edib ki, bu təşəbbüsü qısa zamanda öz müsbət təsirini göstərib.

Ərazidən yaşayan valideynlər bu təşəbbüsü bəyənir. Deyirlər ki indi uşaqlar dərslərinə daha çox vaxt ayırırlar.

Onu da qeyd edək ki, uşaqların kitaba olan marağını artırmaq üçün mağazada kitab guşəsi də yaradılıb. Kitabları burdan pulsuz əldə edən uşaqlar onu oxuyub bitirir və digərlərinin də oxuması üçün kitabı qaytarıb mağazaya qoyurlar.


(XəzərTv)

DİGƏR XƏBƏRLƏR

Top