Dünyanın ən uzunmüddətli seçkisi başlayır: 7 milyard dollara başa gələcək


Sabah Hindistanda  dünyanın ən uzunmüddətli seçki prosesi başlayacaq.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, seçki prosesi mayın 19-da başa çatacaq. Seçkilərdə təqribən 900 milyon seçici səs verəcək. Seçkilər ölkəyə təqribən 7 milyard dollara başa gələcək.
Qeyd edək ki, Hindistan əhalisinin sayı 1 milyard 340 milyondur və bu göstərici üzrə Çindən sonra ikinci yeri tutur. Ölkənin 29 vilayətində keçiriləcək seçkilər 7 mərhələdən ibarət olacaq. Seçkilərin nəticələri mayın 23-də açıqlanmalıdır. Partiyalar seçkilərdə federal parlamentin aşağı palatası sayılan Lok Sabhada (Xalq Məclisi) yer tutmaq üçün mübarizə aparacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top