Fəttah Heydərovdan nəvəsinin istefa xəbərinə REAKSİYA


Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu, "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov tutduğu vəzifədən istefa verib. Bu haqda məlumatı klubun rəsmi saytı yayıb.

Yeniavaz.com Sonxeber.az-a istinadən xəbər verir ki, Tale Heydərovun babası millət vəkili Fəttah Heydərov nəvəsi ilə bağlı xəbəri saytlardan gördüyünü deyib:

"Əslində xəbəri indicə saytlardan oxudum. Tale Heydərovun prezidenti olduğu "Qəbələ" İdman Klubundan istefa verməsinə təəccübləndim. Özü ölkə xaricində olduğu üçün hələ ki, heç bir məlumatım yoxdur".

Qeyd edək ki, T. Heydərov 2006-cı ildən bu vəzifədə fəaliyyət göstərirdi.

DİGƏR XƏBƏRLƏR

Top